Xəbər verdiyimiz kimi, "Neftçi" bu qış təlim-məşq toplanışını Türkiyədə həyata keçirməyi planlaşdırmışdı.
Newsport.az-ın məlumatına görə,klubun idman direktoru Vəli Qasımov planların dəyişməsinin mümkünlüyünü diqqətə çatdırıb:
"Türkiyə toplanışı ilə bağlı yekun qərar verilməyib. Amma böyük ehtimalla xaricdə toplanış keçməkdən imtina edəcəyik. Belə görünür ki, milli valyutanın devalvasiyası ən çox "Neftçi"yə təsir edib. Amma ölkə ərazisində də olsa, yaxşı toplanış təşkil etməyə çalışacağıq".