Abdulla Abasıyev və Səlahət Ağayevin gedişindən sonra paytaxtın "İnter” klubunda daha ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, "bankirlər” 4 legioneri ilə yollarını ayırıb. Belə ki, müdafəçilər İvan Benites və Xuan Fransisko ilə yanaşı yarımmüdafiəçilər Emilian Vila və Stefan Polyak komandadan göndərilib.
Polyak və Fransisko müqavilə müddətinin başa çatdığına görə, komanda ilə yollarını ayırıb. Vila və Benitezlə isə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Vila, Polyak və Fransisko cari mövsümdə komandaya kömək edə bilsə də Benitez zədə səbəindən forma geyinə bilməyib.