Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt” hazırda istirahətdədir.
Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi yanvar ayının 5-də Sumqayıtda bir araya gələcək. Komanda Sumqayıtda 1 həftəlik hazırlıq keçdikdən sonra Türkiyəyə yollana bilər.
Bizdə olan məlumata görə, "Sumqayıt” hər-hansı dəyişiklik baş verməzsə yanvar ayının 14-də Türkiyəyə yollanacaq. Komanda 10-gün ərzində Antalyanın Side bölgəsində hazırlıq keçməyi planlaşdırır. "Gənclik şəhəri” təmsilçisinin Türkiyəyə gedib-getməyəcəyi dekabrın son günlərinədək tamamilə bəlli olacaq.