Orxan Sadıqlı "Zirə"də?

"Xəzər Lənkəran"la yollarını ayıran qapıçı Orxan Sadıqlının "Qarabağ"a keçəcəyi barədə xəbərlər yayılmışdı.

Newsport.az-ın məlumatına görə, gənc qolkiperin Ağdam klubuna yox, "Zirə"yə keçəcəyi bildirilir.

Futbolçu özü isə saytımıza açıqlamasında dəqiq bir söz deməkdən imtina edib: "Hansısa klub adı çəkmək istəmirəm. Çünki bu, mənim tərəfimdən düzgün olmaz. Ona görə də çox danışmaq istəmirəm. Yaxın günlərdə hansı kluba keçəcəyimə aydınlıq gələcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right