Ukraynanın "Dinamo” (Kiyev) klubunun futbolçusu Viktor Çıqankov karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az saytının məlumatına görə, bu barədə Ukraynanın "sport.ua” saytı məlumat yayıb. Mənbədə qeyd olunur ki, "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk həmyerlisinin xidmətində maraqlıdır. Həmkarlarmız "qırmızı qaralar”ın Çıqankov ilə danışıqlara start verdiklərini qeyd edib. Sözügedən danışıqların nəticəsi həftəsonu bəlli olacaq.