"İnter” qış transfer dönəmi üçün heyətini gücləndirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi digər Bakı təmsilçisi AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı ilə maraqlanır.
23 yaşlı futbolçu son zamanlar göstərdiyi oyunla "İnter”in məşqçilər korpusunun diqqətini cəlb edib.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, mövsümün 3-cü dövrəsinin startından Səttarlını "İnter”in futbolçusu kimi görmək mümkündür.