Vüqar Nadirov, Vaqif Cavadov, Derlis Meza Kolli və Georgi Floreskunun ardından daha bir futbolçu "Qəbələ”dən ayrıla bilər.
Newsport.az-ın məlumatına görə, Asif Məmmədovun "qırmızı qaralar”dan ayrıla biləcəyi realdır. Əsas heyətə düşməkdə çətinlik çəkən Məmmədovun yaxın günlərdə "Qəbələ”dən ayrılacağı gözlənilir.
Asif "Qəbələ”dən ayrılsa onun üçün "İnter” variantı var. Belə ki, Məmmədovun xidmətində sabiq klubu "İnter” maraqlıdır.
Əldə etdiyimiz bilgiyə görə, Məmmədov da "İnter”ə qayıtmağın əleyhinə deyil.
Qeyd edək ki, Məmmədov mövsümün əvvəlində məhz "İnter”dən "Qəbələ”yə transfer olunmuşdu.