“Qarabağ” millimizin üzvünü icarəyə verə bilər

Makedoniyalı futbolçu Vladimir Dmitrovski  ilə yollarını ayıran "Qarabağ” bir futbolçusunu icarəyə verməyi planlaşdırır.

Newsport.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu Azər Salahlını icarəyə gözdərməyi planalaşdırır. Belə ki, albaniyalı futbolçu Ansi Aqolinin kölgəsində qalan Azərin icarəyə verilməsi ehtimalı var. 
 
Bizdə olan məlumata görə, Azər sabiq klubu "İnter”ə icarəyə verilə bilər. 
Qeyd edək ki, Azər 21 yaşadək milli komandamızın aparıcı üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right