Milli komandamızın sabiq üzvü Rasim Ramaldanovun müsahibəsi:
-"Xəzər Lənkəran”dan ayrılqdıqdan sonra klubsuzsunuz. İlk öncə cənub klubu haqda. Komandanın indiki durumu sizə necə təsir edir?
-"Xəzər Lənkəran” həmişə yaxşı yerlər uğrunda mübarizə aparan komandadır. Sadəcə, indi komandada bəzi problemlər var. Cənub klubunun indiki halı adamın ürəyini ağrıdır. Həm komandaya, həm də azarkeşlərə görə pis olursan.
-Komandanın sənə olan borcu nə qədərdir?
-Bunu açıqlamaq istəmirəm. Sadəcə, qalıqlar qalıb.
-Hazırkı durumun necədir? Gələcək karyeran barədə fikirlərin necədir?
-Hazırda azad agent statusu daşıyıram. Transfer vərəqəm özümdədir. Formada qalmaq üçün məşqlər edirəm. İnşallah yaxın günlərdə yeni komandamın adına aydınlıq gələcək.
-Deyəsən "Zirə” variantı var idi. Amma bizdə olan məlumata görə, artıq "Zirə” dəftəri bağlanıb...
-Sözün düzü, mən bu işlərə qarışmıram. Komandalarla menecerim danlışıqlar aparır. Yaxın günlərdə hansı klubun şərəfini qoruyacağım bəlli olacaq.
-Əgər xarici klublardan təklif gəlsə buna münasibətin necə olar?
Xaricdən təklif gəlsə bu barədə fikirləşməliyəm. Götür-qoy etdikdən sonra hər hansı qərar qəbul edə bilərəm.
Futbol11.az