​"İnter" futbol klubuna yeni prezident təyin edilib

 Bakının "İnter" futbol klubuna yeni prezident təyin olunub.

Newsport.az-ın məlumatına görə, Müşahidə Şurasının qərarı ilə bu posta Rəşad Qasımov gətirilib.

R.Qasımov bundan öncə Azərbaycan Beynəlxalq Bankı Mühasibatlıq və Büdcə Departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, "İnter"in əvvəlki prezidenti isə bolqarıstanlı Georgi Nikolov olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right