"Əgər o, baş məşqçi gəlməyə razılıq versə, “Neftçi” çox güclü, super bir komanda olacaq”

“Milan Rastavaçla eyni klubda çalışıram. Onun əsas komandanın baş məşqçisi olduğu “Radniçki”nin aşağı yaş qruplarından birində çalışıram. Bu məşqçini də yaxşı tanıyıram”

Newsport.az-ın məlumatına görə,açıqlamasında “Qəbələ” və “Kəpəz”in sabiq futbolçusu Milan Antiç deyib.
Hazırda vətəni Serbiyada məşqçi kimi fəaliyyət göstərən Antiç “Radniçki”nin U-15 komandasının baş məşqçisidi. Antiç onunla eyni klubda əsas komandanın baş məşqçisi olan Milan Rastavaçın “Neftçi”dən təklif almasına münasibət bildirib. 2014-cü ildən “Radniçki”nin sükanı arxasına keçən Rastavaç bu ilin dekabrından U-23-ü çalışdırır. O qeyd edib ki, hazırda bir çox klubun maraq dairəsində olan 42 yaşlı mütəxəssis ölkəmizdə uğur qazanmaq iqtidarındadı: 

“Əslində, onun necə mütəxəssis olduğunu hamı bilir. Rastavaç çox güclü məşqçidi. Hazırda Serbiyanın ən yaxşılarından hesab olunur. Bu üzdən də onu olimpiya yığmasına, yəni U-23-ə baş məşqçi təyin ediblər. Onun “Neftçi”dən təklif aldığını eşitmişəm. Amma Rastavaçın hansı menecerin vasitəsilə, hansı xətlə Azərbaycan klubu ilə danışıqlar apardığını bilmirəm.

Bakı klubunun ona təklif göndərməsi hələ o demək deyil ki, “Neftçi”nin baş məşqçisi olacaq. Çünki belə güclü mütəxəssisi komandasında görmək istəyən bir çox komandalar var. Rastavaçın onlardan hansını seçəcəyini deyə bilmərəm. Əgər o, Bakı klubuna keçsə, “Neftçi” çox güclü, super bir komanda olacaq”.

apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right