İlqar Qurbanov bu qış “Qarabağ”dan ayrılacaq. Bu gün yayılan məlumatlarda müdafiəçinin Ağdam təmsilçisi ilə vidalaşmağa hazırlaşdığı bildirilir. Onun Türkiyə PTT Liqasinda mübarizə aparan “Adana Dəmirspor”la danışıqlar apardığı deyilir. Əgər bu tərəflər razılığa gələrsə, “Qarabağ” Qurbanovun gedişində heç bir problem yaratmayacaq.
Newsport.az-ın məlumatına görə,İlqar barəsində gəzən xəbərlərə aydınlıq gətirib: “Təklif gəlib, bəli. Amma mən “Qarabağ“dan ayrılmağı düşünmürəm. Müqaviləm var, burda çox xoşbəxtəm. “Qarabağ“da olmaqdan, Qurban Qurbanovun rəhbərliyi altında oynamaqdan hədsiz məmnunam.
Qurban müəllimin sayəsində ildən-ildə “artırıram“. Təklif göndərənlərə həmişə deyirəm ki, klubumla əlaqə saxlayın, mənimlə yox. Altı ildi “Qarabağ“dayam. Çalışıram, əlimdən gələni edirəm ki, “Qarabağ“a faydalı olum. Hələ uzun illər burda qalmaq, doğma komandama xeyir vermək istəyirəm“.