2015-ci ilin son turunun “Kəpəz” – “Neftçi” qarşılaşmasında bu komandalar arasında duellərdə 100-cü qol vurulub.
Newsport.az-ın məlumatına görə, 41-ci dəfə üz-üzə gələn tərəflərin Gəncədəki görüşündə qonaq komandanın bərabərlik qolunu vuran Cavid İmamverdiyev tarixə düşüb.
Ümumi top fərqində “Neftçi” 63:37 hesabı ilə öndədir. Bu da komandanın daha çox - 19 qələbə qazanıb, 15 dəfə uduzması ilə bağlıdır. Bu müddətdə rəqiblər yalnız 7-ci dəfə heç-heçə ediblər.
Bunadək ölkə çempionatlarında 7 cütdə 100 və daha çox qol vurulmuşdu. Rekord isə “Qarabağ” – “Bakı” matçlarına təsadüf edir - 123 qol (69-54). “Qarabağ” – “Neftçi” oyunlarında 119 (60-59), “Turan” – “Kəpəz” duellərində 112 (56-56), “Neftçi” – “Bakı” matçlarında 111 (70-41) qol qeydə alınıb.
“Neftçi” – “İnter” oyunlarında 108 (62-46), “Neftçi” – “Turan” matçlarında 104 (69-35), “Kəpəz” – “Qarabağ” görüşlərində 101 (51-50) qol vurulub. İmamverdiyevin yubiley qol vurduğu budəfəki dueldə qalib müəyyənləşməyib: 1:1.