Son Azərbaycan çempionu "Qarabağ" daha bir futbolçudan imtina etməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, söhbət Ağdam klubunun hücumçusu Raydell Pupondan gedir.
Hollandiyalı forvard məşqçilər korpusunun ümidlərini doğrultmayanlardandır. Bu üzdən də klub rəhbərliyi onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq üçün danışıqlara başlayıb.
Qeyd edək ki, "Qarabağ" daha öncə legionerlərdən Vladimir Dimitrovskini də yola salmağa qərar vermişdi.