“Sumqayıt”da iki ayrılıq

"Sumqayıt” iki futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi Elnur Abdulov və Fuad Məmmədzadənin xidmətinə ehtiyac duymayıb. 
Belə ki, 2 gün öncə komandada iclas baş tutub. İclas zamanı hər iki futbolçunun taleyinə aydınlıq gəlib. 
 
Qeyd edək ki, "Sumqayıt”da növbəti ayrılıqların da reallaşacağı gözlənilir.

Onu da vurğulayaq ki, Abdulov mövsümün əvvəlində "Sumqayıt”a transfer olunmuşdu. O, "Sumqayıt”ın heyətində iki oyun keçirmişdi. Fərid Məmmədzadə isə əsasən əvəzedici komandada oynamışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right