"Qarabağ”ın gələn ay təlim-məşq toplanışı çərçivəsində Təbrizin "Traktor Sazi” klubu ilə keçirəcəyi yoxlama görüşünün vaxtı bəlli olub.
Newsport.az-ın məlumatına görə, "atlılar” Türkiyə hazırlığı zamanı təbrizlilərlə yanvarın 23-də üz-üzə gələcəklər. “Çox çətin oyun olacaq. Rəqibin təhlükəli, sürətli futbolçuları var. Biz ilk oyunu unutmuşuq. Sabahkı qarşılaşmanı düşünürük”.
Qeyd edək ki, "Qarabağ” Təbriz klubu ilə yanaşı, Türkmənistanın "Altın Asır”, və Polşanın "Yaqelloniya” klubu ilə qarşılaşacaq.
Diqqətinizə çatdıraq ki, "Qarabağ” yanvar ayının 5-dən 24-dək Türkiyədə hazırlıq keçəcək.