Meza Kolli "Qəbələ"dən Roman Qriqorçuka görə gedib

"Qəbələ" ilə yollarını yenicə ayırmış paraqvaylı yarımmüdafiəçi Derlis Meza Kolli bu klubdan gedişi barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Klub rəhbərliyi komandada qalmağımı istəyirdi. Orada keçirdiyim vaxta görə hər kəsə minnətdaram. Amma məni buraxmalarını, müqaviləyə xitam vermələrini xahiş etdim. Halbuki, müqavilənin müddəti mövsümün sonunda başa çatacaqdı. Rəhbərliklə görüşdə qalmağımı istədilər. Lakin baş məşqçinin mənə göstərdiyi o cür münasibətin qarşılığında qalmağın mənası yox idi. Hazırda "Serro Portenye"dən aldığım müqaviləni nəzərdən keçirirəm. Paraqvayın ən böyük klublarından biridir. Amma hələ yekun qərarımı verməmişəm. Çünki başqa təkliflər də var".

Azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right