"Rahid Əmirquliyevin "Qarabağ"a keçidi barədə məlumatım var. Məncə, Rahid "Qarabağ" kimi komanda da özünü doğruldacaq".
Bu sözləri Newsport.az-a açıqlamasında "Xəzər Lənkəran"da oynamış rumın Adrian Pit deyib.
Azərbaycana gəlməmişdən "Roma", "Piza", "Triestina" kimi klublarda oynamış tanınmış futbolçu Lənkəran təmsilçisinin hazırkı durumundan da xəbərdardı. Onun sözlərinə görə, hər bir klubda bu cür şeylər baş verə bilər.
Sitat: "Nəticə olmayanda hər kəs hər şeydən narazı qalır. Ancaq bir şeyi də unutmayaq ki, "Xəzər Lənkəran" gənclərlə oynayır. Ona görə bu cür alınır. İnanıram ki, "Xəzər Lənkəran"da hər şey düzələcək və onlar çempionluq uğrunda mübarizə aparacaqlar".