"Xəzər Lənkəran”dan ayrılana futbolçu Rasim Ramaldanovun adı "Zirə” ilə hallanırdı. Hətta tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacağı gözlənilirdi.
Newsport.az-ın məlumatına görə, lakin müdafiəçinin "Zirə”yə keçidi alınmayacaq.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, tərəflər arasında razılıq əldə oluna bilməyib.
Qeyd edək ki, milli komandamızın sabiq üzvü "Simurq” və "Xəzər Lənkəran” kimi klublarda forma geyinib.