AFFA və Kəpəzin əməkdaşları Gəncədə uşaq evinə hədiyyələr verib

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və "Kəpəz" PFK İctimai Birliyinin əməkdaşları Gəncə şəhərindəki uşaq evində olub.

Newsport.az-ın məlumatına görə, valideyn himayəsindən mərhum olan uşaqların bayramlarını təbrik edən tədbir iştirakçıları onlara hər iki qurum adından toplar və idman geyimləri  təqdim ediblər. Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right