“Qəbələ”də yeni direktor

Uzun illərdi "Qəbələ"də müxtəlif sahələrdə çalışan məşqçi Elşən İsgəndərova yeni vəzifə tapşırılıb.

Newsport.az-ın məlumatına görə, İsgəndərov əyalət klubunda Futbolun Kütləviləşdirilməsi, Seleksiyası və Məşq Bazası Departamentinə direktor təyin olunub.

Bu həmin departamentdi ki, indiyə qədər FKD (Futbolun Kütləviləşdirilməsi Departamenti) kimi tanınırdı. İsgəndərov "Qəbələ İK" qəzetinə açıqlamasında bildirib ki, yeniləşmiş departamentdə geniş proqramla fəaliyyət göstərəcək:

"Biz bütün kəndlərə, məktəblərə gedərək, "Qəbələ" İdman Klubunu daha da tanıtdırmağa, sevdirməyə çalışacağıq. Uşaqlara təkcə futbolla bağlı deyil, klubumuzun nəzdində fəaliyyət göstərən digər idman növləri haqqında da məlumat verəcəyik. Bunu kiçik iş planımız hesab edirik. Əsas məqsədimiz isə sırf futbolun tətbiqidi. Əyləncəli oyunlar sayəsində qəbələli uşaqlar arasında futbolu kütləviləşdirmək, daha sonra seçimlər apararaq, onlara ilk təməl məşqləri keçməklə akademiyaya hazırlamaq fikrindəyik".

Elşən İsgəndərov klub Qəbələyə köçdüyü ilk gündən burda işləyir. Əvəzedicilərlə 1 gümüş və 4 bürünc medala layiq görülən İsgəndərov 19 yaşlılarla çempionluq sevinci yaşayıb. O, son iş yeri ilə indikini də müqayisə edib:

"Əvvəlki və hazırki işim arasında böyük fərq var. Əvəzedici komandada intensivlik, fiziki, taktiki, psixoloji hazırlıq öndə dururdusa, kiçikyaşlı uşaqlar üçün tam fərqli iş prinsipləri mövcuddu. Onlara metodikanı öyrətmək önəmlidi. Bizim işimiz başlanğıc, bünövrə sayılır, strukturu düzgün qurmaqdan ibarətdi. Əvəzedicilərdə yalnız futbolçularla işləyirdiksə, burda uşaqlarla yanaşı, onların valideynləri, məktəb idman müəllimləri, təhsil şöbəsi ilə sıx təmasda oluruq".

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right