"İnter" bir futbolçusu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, paytaxt klubu Abdulla Abatsiyevlə əməkdaşlığı davam etdirməyib.
Qeyd edək ki, 22 yaşlı xavbek "İnter"ə yayda qayıtmışdı. Amma məşqçilər korpusu indi onu heyətdə saxlamaqdan vaz keçib.