“Qəbələ”dən ayrılan futbolçu son çempionla anlaşdı

"Qəbələ”dən ayrılan paraqvaylı futbolçu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, Derlis kasryerasını ölkəsində davam etdirəcək. 
27 yaşlı futbolçu ölkəsinin yüksək  liqasında çıxış edən "Serro Porteno” klubu ilə razılığa gəlib. Meza yeni klubuna keçidi ilə bağlı ölkəsinin mətbuatına açıqlamasında bunları deyib: 

"Serro Porteno” kimi böyük komandanın formasını geyinmək ən böyük arzularımdan biri idi. Artıq rəhbərliklə razılıq əldə etmişik. Yəganə olan müqavailə imzalamağım qalıb.”

 
Qeyd edək ki, Meza Kolli 2013/15-ci  illərdə "İnter”in şərəfini qoruyub.  O, mövsümün əvvəlində "Qəbələ”yə transfer olunmuşdu.
 

Nzərinizə çatdıraq ki, Derlisin yeni klubu son Paraqvay çempionudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right