Fəhmin Muradbəyli yanvar ayında sıraya dönəcək

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"lə səfər oyununda zədələnən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəylinin zədəsi ciddi deyil.

Newsport.az-ın məlumatına görə, gənc hücumçu bu gün ətraflı həkim müayinəsindən keçib.

Məlum olub ki, zədə gözlənildiyi qədər ciddi deyil. Amma onun ayağı minimum üç həftə gipsdə qalacaq. Muradbəyli ən yaxşı halda yanvar ayının ortalarında sıraya dönəcək. Fəhminin komandasının Türkiyədəki qış hazırlığında iştirakı mümkün olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right