“Qarabağ” “Traktor Sazi”ilə qarşılaşacaq

“Qarabağ”ın Antalya toplanışı zamanı yoxalama oyununda qarşılaşacağı rəqiblər bəlli olub.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Ağdam təmsilçisi hazırlıq ərzində üç yoxlama oyununda qüvvəsini sınayacaq. “Qarabağ”  yanvarın 21-də Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşacaq. Yanvarın 23-də isə komanda iki görüş keçirəcək. Əvvəlcə Türkmənistan çempionu “Altın Asır”la qarşılaşacaq “atlılar” daha sonra Polşanın “Yaqelloniya” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” yanvarın 5-dən 24-dək Antalyada hazırlıq keçəcək.  

Qol.Az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right