"İnter" qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, artıq paytaxt klubu özünə sınaqçı-rəqib də tapıb.
Belə ki, "İnter" qardaş ölkədə dörd yoxlama matçı keçirməyi planlaşdırır ki, onlardan da biri Almaniyanın "Verder" klubuna qarşı olacaq.
Qeyd edək ki, Antalyaya yanvarın 4-də yollanacaq bakılılar orada 20 gün hazırlıq keçəcək.