"Qəbələ" Vaqif Cavadovla yolları ayırdı

"Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb.

Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb. 

Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.

Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right