Adil Şükürov: "Bu mövqeyə gəlməyimizin özü surprizdi"

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub və komandalar qış fasiləsinə yollanıb.
Newsport.az-ın məlumatına görə, AZAL doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov məğlubiyyəti belə şərh edib:

- Rəqibin baş məşqçisi Tərlan Əhmədovu təbrik edirəm. Yaxşı kollektiv formalaşdırıb. AZAL-ın evdə yaxşı oynadığını bilirdik. Oyundan əvvəl futbolçularla da bu haqda danışmışdıq. Həmişə mövsümün ən çətin oyunları 1-ci və sonuncu matçları olur. Bu da təbiidi. Çünki son görüşdə futbolçular yorğun olur. 

- Həmişə meydanda aktiv olan Nelson Bonilya bu gün sönük oyun nümayiş etdirdi. Bu nə ilə əlaqədardı? Ola bilərmi ki, futbolçu tətilə getmək üçün darıxır?
- Ona güvəndik, gözlədik lakin alınmadı. Əvəzetmə də fayda vermədi. Futbolçularla oturub, ciddi-ciddi söhbət edəcəm. 

- “Zirə” cari mövsümdə səfərdə keçirdiyi 9 görüşün yalnız birində qalib gəlib. Bu nədən irəli gəlir? Komandada səfər sindiromu var?
- Buna baxmayaraq, evdə çox qələbələr qazanmışıq. Turnir cədvəlində də yaxşı mövqelərin birində qərarlaşmışıq. Bizim bu mövqeyə gəlməyimizin özü surprizdi. Burada qeyri-adi bir şey yoxdu.
 

Futbolinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right