"İnanmıram ki, rəhbərlik belə qərar versin"-Yunis Hüseynov

"İnter"i qəbələ münasibətilə təbrik edirəm. Bizə gəlincə, çox zəif oynadıq.Bilirsiniz ki, heyətlə bağlı ciddi sıxıntılarımız var. Məcburiyyətdən dünən əvəzedicilərdə çıxış edən 2 oyunçunu oynatdım. Fasilə yarandı, rəhbərliklə söhbətimiz olacaq. Elitada yerimizi qorumaq üçün 15 yeni oyunçuya ehtiyac duyuruq. 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqamızın 18-ci turunda "İnter"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 

- Qeyd etdiniz ki, rəhbərlik qərar verəcək. Bu futbolçularla oynamağı qərara alsalar, istefa verə bilərsiz?
-Yəqin ki,gedərəm amma inanmıram ki, rəhbərlik belə qərar versin.Mənim fikrimcə heyətə yeni futbolçuların cəlb olunmasına qərar veriləcək.Əks halda 1-ci diviziona yuvarlanacağıq.

- 4-5 oyunçunun qala biləcəyini qeyd etdiniz. Adlarını çəkə bilərsiniz?
- Bunu siz məndən də yaxşı bilirsiniz.

- Qorxmursunuz ki,elitada çıxış etməyə layiq gördüyünüz 4-5 oyunçu da sıralarınızı tərk edə?
- Hər şey ola bilər. Bu gün 6-7 oyunçumuza təkliflər gəlib. Sadəcə, onların yayadək müqavilələri var. Rəhbərliyin necə qərar verəcəyindən asılıdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right