"Bütün komanda qalmaq niyyətindədi" – Zaur Svanadze

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Xəzər Lənkəran" üzərində 2:0 hesablı qələbədən sonra "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, Gürcü mütəxəssis daha çox komandasının qarşıdakı planları barədə danışıb.

- Mövsümün ilk yarısınının yekunundan razıyam.Çətliklərə baxmayaraq biz bir komanda olaraq bu işin öhdəsindən gəldik.Hesab edirəm ki, 2-ci yer komandamız üçün uğurlu nəticədi. Qarşıda 2 həftəlik məzuniyyət var. Sonra Türkiyəyə getməyi planlaşdırırıq.

- Maliyyə durumunuzu nəzərə alaraq, əksər futbolçularla qışadək müqavilə imzalanıb. 18-20 futbolçunun birdən-birə komandadan ayrılmaq ehtimalı sizi qorxutmur?

- Ola bilər bir neçə oyunçuyla ayrılaq. Amma düşünmürəm ki, kütləvi şəkildə futbolçular bizdən ayrılsın.

- Rəhbərliklə görüşmüsüz?Gələcək planlarız barədə söhbətiniz olub?

- Görmüşük və danışmışıq. Yaxın 2-3 gündə bu barədə sizə də məlumat veriləcək.

- UEFA-nın məlum qərarından sonra avrokubokda oynamaq şanslarınız şübhə altına alır. Bu, motivasiyanıza təsir etmir?

- Məndəki məlumata görə bu yöndə işlər müsbət həll olunacaq.

- Qışda "İnter"dən ayrılmaq niyyətiniz yoxdu?

- Xeyr. Etiraf edim ki, bütün komanda qalmaq niyyətindədi. Elə mən də həmçinin.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right