Əlimizdən gələni edəcəyik ki... - Əsgər Abdullayev

Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Kəpəz"lə heç-heçə edən (1:1) "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis "CBC Sport"a açıqlamasında oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu deyib:

"Qalib gəlmək istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Bunda meydançanın vəziyyətinin də rolu oldu. "Kəpəz" çox döyüşkən komandadı. Komandanın bu vəziyyətə çatmasında Şahin Diniyevin də əvəzsiz rolu var. Məncə, oyunun ədalətli nəticəsi elə heç-heçə idi.

Əsas məqsədimiz ilk "üçlük"də yer almaqdı. Əlimizdən gələni edəcəyik ki, "Neftçi" avrokuboklara vəsiqə qazansın".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right