"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Reynaldonun son durumu haqda danışıb.
Q.Qurbanov Newsport.az saytına açıqlamasında braziliyalı futbolçunun yanvarın 15-də komandaya qoşulacağını deyib:
"Reynaldo artıq fərdi məşqlərə başlayıb. O, hazırda Braziliyadadır və ən geci yanvarın 15-də komandaya qoşulacaq".
Qeyd edək ki, Reynaldo Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Anderlext"lə Bakıda keçirilən matçda zədələnib.