"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Newsport.az-a müsahibə verib:
- "Qəbələ" ilə heç-heçədən razı qaldınız?
-Bilirdik ki, ağır oyun olurdu. Çünki iki lider qarşılaşırdı. Çətin olacağını bilirdik. Hücum edən tərəf biz idik. Ancaq sonda qol vura bildik. Bir xal da qənaətbəxşdi. Çünki "Qəbələ" də bir xal götürdü , biz də. Həm onlarda, həm də bizdə çox yorğunçuluq idi.
- Sanki bu oyunu gözləyirdiz ki, istirahətə yollanasız...
- Bəli, bu oyunu gözləyirdik ki, oyunu sağ-salamat başa vurub, rahat istirahətə yollanaq.
- Təyin edilən penalti haqlı qərar idi?
- Bəli, penalti epizodunda yaxın idim, gördüm. Təmiz penalti idi.
- Son oyunlarda düşən qol epizodlarını reallaşdırmaq probleminiz var. Bu nədən qaynaqlanır?
- Bu mənim ixtiyarımda yox, Qurban müəllim ixtiyarındadı hər şey. O, hər şeyi nəyi necə etməli olduğunu daha yaxşı bilir. Məşqlərdə bunun üzərində çox işləyirik. Amma nədənsə oyunlarda alınmır. Təlim-məşq toplanışına yollanırıq. Oradada bunun üzərində işləyəcəyik ki, daha yaxşı nailiyyətlərimiz olsun.
- Rəqiblərlə oyuna arxayın çıxırsız?
- Xeyr, arxayınçılıq yoxdu bizdə. Əsas odu ki, xallarımızın üstünə xal gətirik. Ola bilər geriləmələr olur. O da ki uşaqlar yorğundu. Hər oyuna bir heyətlə çıxırıq. Bu amil özünü göstərə bilər. Başqa amil ola bilməz.
- Azarkeşlər də oyununda razı deyil...
- Ola bilər narazılıq etsin. Azarkeşləri mən də razı salmağa çalışıram. Nə bacarıram onu da edirəm. Azarkeş amili nə qədər böyük olsa da, əsas komanda amilidi. Mən əsas komanda və baş məşqçi üçün xeyirli olmağı düşünürəm. Mən birinci bunu fikirləşirəm.
Mərdan Həsənov