“Bol qollu oyun oldu. Sonda bir xalla ayrıldıq. Ancaq bu üç xal da ola bilərdi. Son dəqiqələrdə üç xalı əlimizdən buraxdığımız üçün çox məyusam”.
Bu sözləri “Rəvan”ın yarımmüdafiəçisi Vüqar Bəybalayev Newsport.az-a açıqlamasında bildirib.
“Düzdü, komanda yoldaşlarım və mən oyuna əalvə olunmuş vaxtdan da sonra qol buraxdığımıza görə çox əsəbi və məyus idik.
Ancaq bundan sonra nəyisə dəyişmək olmayacaq. O üç xalı geri qaytara bilməyəcəyik. Ona görə bu haqda nəsə demək istəmirəm”-deyə, Bəybalayev fikirlərini yekunlaşdırıb.