"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubdan ayrılması ilə bağlı "facebook" sosial şəbəkəsində azarkeş qruplarından birinə açıqlama verib.
Newsport.az-ın məlumatına görə, Əmirquliyev klubdan ayrılmağın çox çətin olduğunu bildirib:
"Sonuncu dəfə "Xəzər Lənkəran" forması ilə, kapitanlıq sarğısı ilə o meydanda oldum. Ayrılmaq çox çətindir. Hər kəsə təşəkkür edirəm. Məni dəstəkləyən azarkeşlərimizə xüsusilə dərin təşəkkürümü bildirirəm. Çox çətindi bu haqda danışmaq. "Rahid, Xəzəri buraya gətir" sözləri üçün çox darıxacam. Azarkeşlərimiz hər zaman yanımızdadılar.
Mən gedirəm və onlardan tək xahişim hər zaman komandanın yanında olsunlar, gənclərə dəstək olsunlar. Onsuz da bilirəm ki, azarkeşlərimiz komandasını tək buraxmayacaq. Hər zaman ürəyimdə olacaq o azarkeşlər. Onlar bizim, mənim ən pis günlərimizdə yanımızda olublar. Onların qəlbimdə ayrı yeri var. Bir daha hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah razı olsun. Görüşənədək!".