Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulur.
Newsport.az-ın məlumatına görə, 2015-ci ilin son turunun son oyun günündə üç görüş baş tutacaq.
Öncə Gəncədə yerli "Kəpəz" əzəli rəqibi "Neftçi" ilə qarşılaşacaq.
Daha sonra Paytaxt derbisində AZAL cari mövsümün sürpriz komandası "Zirə"ni qonaq edəcək.
Nəhayət, turun və ilin son oyununda "İnter"lə "Xəzər Lənkəran" üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
18-ci tur
20 dekabr (bazar)
14:00. “Kəpəz” - “Neftçi” 1-1
Qollar: Tərlan Quliyev, 15 (1:0), Cavid İmamverdiyev, 47 (1:1)
Qırmızı vərəqələr: Aylton Silva, 50 ("Neftçi"), Tural Nərimanov, 51 ("Kəpəz")
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
Gəncə şəhər stadionu
15:00. AZAL - “Zirə” 1-0
Qol: Tagim Novquzov, 14-pen (1:0)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov.
Bakı. AZAL Arena.
16:30. “İnter” - “Xəzər Lənkəran” 2-0
Qollar: Zurab Xizanişvili, 28 (1:0), Elnur Abdullayev, 47 (2:0)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
Bakı. “İnter Arena”.