Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"İki güclü komanda oynayırdı. Bilirdik ki, ağır olacaq. Həm baxımlı futbol sərgiləmək, həm də nəticə qazanmaq istəyirdik. Qələbə qazana bilərdik. Amma bir xalla kifayətlənməli olduq. Artıq istirahət vaxtıdır. Çünki komanda bu mövsüm çox yorulub".