Ruslan Abışov: "Penaltini vura bilməməyimiz rəqibi ruhlandırdı"

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Azərbaycan Premyer Liqasının 18-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:1) sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Mövsümün son oyunu idi. Matçın belə çətin keçəcəyini bilirdik. Rəqibimizin cari mövsümdə necə uğurlu çıxış etdiyini hər kəs bilir. Hesabı açdıqdan sonra rəqibi əks-hücumda tutmağa, ələ düşən imkanlardan yararlanmağa çalışırdıq. Amma alınmadı. Penaltini dəqiq yerinə yetirə bilməməyimiz rəqibi daha da ruhlandırdı. Buraxdığımız qol da komandamızın ani diqqətsizliyi nəticəsində baş tutdu. Fikrimcə, qələbə qazanmalıydıq. Lakin ili heç-heçə ilə başa vurmalı olduq". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right