"Həmin epizodda onun nə etmək istədiyini başa düşmədim"-Dani Kintana

Azərbaycan Premyer Liqasının 18-ci turunda evdə "Qəbələ"ylə "sülh bağlayan" (1:1) "Qarabağ"ın futbolçusu Dani Kintana oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, ispan futbolçu qələbəyə özlərinin layiq olduğunu deyib:

- Oyun ərzində hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Rəqib bundan erkən istifadə etdi. Biz isə bu qədər fürsətin hamısından yararlana bilmədik, sağa-sola xərclədik. Amma gec də olsa, bərabərlik qolunu vura bildik. Bir tərəfdən məğlub olmadığımıza görə sevinirik, digər yandan təəssüflənirik ki, qələbə qazana biləcəyimiz oyunu əldən verdik.

- Sizcə, nəticə ədalətli oldu?
- Layiqli nəticə bizim qələbəmiz olmalı idi. Amma matçın əvvəlində məğlub duruma düşdüyümüzü nəzərə alsaq, şikayətlənməyə dəyməz.

- "Qarabağ"ın son oyunlarda qələbə qazana bilməməsinin səbəbi nədi?
- Konkret səbəb deyə bilmərəm. Ola bilsin, ilin sonuna yaxınlaşdığımız üçün futbolçularda yorğunluq var. Qələbə qazana bilməməyimiz də bundan qaynaqlana bilər.

- Epizodların birində İlqarın zərbə endirməyinizə mane olduğunu gördük. Sonra isə sanki aranızda narazılıq yarandı...
- Həmin epizodda onun nə etmək istədiyini başa düşmədim. Niyyətim ona mane olmaq da deyildi. Amma aramızda narazılığın olması ilə bağlı sual verməyin yeri yoxdu. Konkret İlqarın orada olduğunu görmədim.

- Çempionatın ikinci dövrəsi başa çatdı. Fasiləyə qədərki dönəmi necə dəyərləndirirsən?
- Liderik. Buna görə müsbət dəyərləndirirəm. İkinci pillədəki komanda ilə aramızda 8 xallıq fərq var.

- Azarkeşlər üçün oyuna marağı artıram məqamlardan biri də hər iki komandanın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilə bağlı idi. Bu amil futbolçuların özləri üçün necə, əhəmiyyət kəsb edirdimi?
- "Qəbələ"nin asan uduzan komanda olmadığını və cari mövsümdə əsas rəqibimiz hesab edildiyini bilirdik. Onlar da hücum etməyi bacarırlar, müdafiədə "yatmağı" sevmirlər. Gücünə bələd olduğumuz rəqiblərdəndi.

- Sıx qrafiklə oynadığınıza görə, istirahətə ən çox ehtiyacı olan komanda "Qarabağ"dı. Bu oyunu səbirsizliklə gözlədiyinizi düşünmək olarmı?
- İyulun 8-də etibarən oyunlarımız başlayıb və sıx qrafiklə çıxış edirik. Psixoloji baxımdan dincəlməyə, ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı. Yaxşı dincəlib, liqanın qış fasiləsinə hazır olmalıyıq.

- Komanda yoldaşın Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçildi. Onu təbrik etdinizmi?
- O, buna layiq idi. Təbrik etdik. Riçard yaxşı futboçudu.

- Reynaldo üçün necə, darıxırsız?
- Reynaldo komanda üçün vacib oyunçudu. Qış fasiləsindən sonra ona çox ehtiyacımız olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right