"Komandada Cavidin yeri görünür "- Qriqorçuk

Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qarabağ"la heç-heçə edən (1:1) "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis komandasının oyunundan razı qalmadığını deyib:

- Sizə elə gəlmir ki, oyunun heç-heçə bitməsinə səbəb "Qəbələ"nin müdafiəyə çəkilməsi oldu?
- Oyunda erkən qol vurduq. Bundan sonra hücum edərək 2-ci qolu vurmalıydıq. Ancaq bunu bacara bilmədik və rəqib üstünlüyü ələ alaraq, hesabı bərabərləşdirdi. Bu, mənim istədiyim oyun deyil. Penaltidən fərqlənmək şansımız olsa da, bunu dəyərləndirə bilmədik.

- Komandada Cavid Hüseynovun yeri nə dərəcədə görünür?
- Cavid həm Azərbaycan futbolu üçün, həm də bizim üçün çox vacib oyunçudu. Onun üçün çox darıxırıq. İstəyərdik ki, onunla bağlı vəziyyət tezliklə düzəlsin. Komandada onun yeri görünür. Çox istəyərdim ki, o, azadlığa çıxsın və yeni ildən bizimlə olsun.

- Komandada penalti zərbələrini kim yerinə yetirir? Dodonu penaltini qola çevirə bilmədiyinə görə cəza gözləyir?
- Mən hər oyundan öncə penaltini kimin vuracağını deyirdim. Ancaq bu dəfə deməmişdim. Yəqin ki, Dodo özünə çox güvəndiyindən topa yaxınlaşdı. Təəssüf ki, penaltini dəyərləndirə bilmədi. Bizdə adətən penalti zərbələrini Aleksey Qay yerinə yetirir.

- Qış fasiləsində komandaya yeni futbolçular qoşulacaq?
- Bu barədə hələ ki, heç nə deyə bilmərəm. Çünki hələ dəqiq heç nə yoxdu. Danışıqlar yekunlaşdıqdan sonra demək olar. Bizdən ayrılan futbolçular da olacaq. Ola bilsin, hansısa futbolçuyla danışıqlar getsin ancaq transfer alınmasın. Belə olduğu halda, yeni suallar meydana çıxır.

- Oyunun 84-cü dəqiqəsində hakim topun "Qəbələ"dən çıxdığını bildirsə də, İlqar Qurbanov topun ondan çıxdığını dedi və bundan sonra Qurban Qurbanovun göstərişiylə top "Qəbələ" futbolçularına qaytarıldı...
- Məncə, bu təqdirəlayiq haldı. Bir müddət öncə penaltiylə bağlı da belə hal olmuşdu.Mən də olsaydım həmən qərarı qəbul edərdim.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right