Qurban və İlqar Qurbanovlardan növbəti "Fair play"dərsi

"Qarabağ" - "Qəbələ" oyunun 84-cü dəqiqəsində top aut xəttindən çıxanda meydan sahiblərinin futbolçuları "Fair play" nümayiş etdirib.

Newsport.az-ın məlumatına görə, top Ağdam klubunun futbolçularından auta çıxıb. Lakin yan xətt hakimi topun "Qəbələ" futbolçularından çıxdığın bildirib. Bundan sonra İlqar Qurbanov hakimə topun ondan çıxdığını bildirsə də, yan xətt hakimi qərarını dəyişməyib. Daha sonra o, baş məşqçi Qurban Qurbanova yaxınlaşaraq topun ondan çıxdığını deyib və təcrübəli mütəxəssis futbolçuya topu kənara atmağın lazım olduğunu söyləyib. İ.Qurbanov isə topu aut xəttindən küncə göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right