"Hakim niyə oyuna 3 dəqiqə əlavə edib, 7 dəqiqə oynadır"?-Bəhmən Həsənov

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sumqayıt”la səfərdə 3:3 hesablı bərabərliyə qalan “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov oyunsonrası mətbuat konfransında son dəqiqə qoluna etirazını kəskin şəkildə bildirib.
Newsport.az-ın məlumatına görə, autsayderin çalışdırıcısı komandasının əzildiyini söyləyib:

- Həmişə sizin suallarınıza mən cavab vermişəm. İndi isə xahiş edirəm mənim suallarımı cavablandırın. Nəyə görə Suma qol vurduqdan 40-45 saniyə sonra hakim fitini səsləndirir? Demirəm həmin epizodda qayda pozuntusu olmuşdu, ya yox. Sözüm ondadı ki, oyunu davam etdirmisənsə, epizodun 5-6 metrliyindəsənsə, niyə məhz qol vurulduqdan sonra onu qeydə almırsan? Nəyə görə oyuna 3 dəqiqə əlavə edib, 7 dəqiqə oynadırsan? Məni tənqid edirsiniz. Komandanı tənqid edirsiniz. Bunu da yazın da. Yazın ki, “Rəvan”ın haqqı yeyildi. Bir dəfə susmaq olar, iki dəfə susmaq olar. Nədi-nədi komanda bir az xal toplamağa başlayıb, başını əzmək lazımdı? Rauf Cabbarov haqqımızı yedi, indi də Orxan Məmmədov. Bunlar istəmirlər ki, biz irəliyə gedək.

- Komandanız daha çox mərkəzlə irəliləyirdi. Elə bunun nəticəsi idi ki, cinahlarda ərazi üstünlüyündən istifadə edən meydan sahibləri sonda hesabı bərabərləşdirdilər...
- Onlar 5-4-1 sxemi üzrə oynayır. Belədə, cinahda üstünlük qazanmaları təbiidi. Biz də hücumlarımızı məhz bu üzdən mərkəzdən qururduq. Ancaq futbol elə bir oyundu ki, nə qədər tapşırsan da, son anda qərarı futbolçu verir. İmkan yaranırsa, o, başla zərbə vurmalıdı. Bunu da etdilər.

- Qeyd etdiniz ki, başımızı əzirlər. Bunu dedikdə kimləri nəzərdə tutursunuz: Ramin Musayevi, Xaqani Məmmədovu, yoxsa bir başqasını?
- Mən bilmirəm bunu kimlər edir. Ancaq mənim, futbolçularımızın, rəhbərliyin haqqı yeyilir. Baxmayaraq ki, protokolda nəticə 3:3 göstərildi, hesab edirəm ki, komandam bu gün qalib gəldi. Bu gün “Xəzər Lənkəran”ı keçə bilərdik. Amma hakim imkan vermədi. Bilmək olmaz bəlkə cənublular “İnter"i məğlub edəcəklər. Amma biz son pilləni mütləq tərk edəcəyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right