“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandanın bu günki durumu və gələcəy planları ilə bağlı Newsport.az-a müsahibə verib.
- Komandanız İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda ilin komandası seçildi.
- İlk olaraq “Qəbələ”yə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Düşünürəm ki, nəticəni ədalətli hesab etmək olar. Çünki “Qəbələ” bizim də gözləmədiyimiz bir uğura imza atdı.
- “Qəbələ”nin ən yaxşı seçilməsinə digər idman növlərində qazanılan uğurlar da rol oynadımı?
- Mənə elə gəlir ki, ilin komandası seçilməmizə səbəb gözlənilməz Avroliqa naliyyətləri oldu.
- Qriqarçukun Ukranya millisi ilə adı hallanandan qəbələ demək olar ki, qələbə üzünə həsrətdir.
- Hər oyundan sonra baş məşqçimizlə görüşüb söhbət etmişəm. Həmin məsələ ilə bağlı heç bir problem yoxdur. Hətta dəfələrlə oyunların analizində də şəxsən iştirak etmişəm. Əgər belə olmasaydı əminliklə cavab verməzdim. Xal itirdiyimiz oyunlara baxanda görürük ki, bir neçə 100%-lik epizodda futbolçular dəqiq ola bilmir. Buna da çox səbəbləri ola bilər. Nə istəsən bəhanə gətimək olar. Yorğunluq da, psixoloji gərkinlik də. Amma mənə görə yeganə səbəb bəxtsizlikdir. “Zirə” ilə oyunda boş qapıya top vura bilmədik. Rəqib qol vurana kimi qapımıza cəmi bir hücum edə bilmişdi. Əsas odur səhvlərimizi gördük. Məqsədimiz yaxşı qış toplanışı keçmək, bəzi gedəcək futbolçuların yerinə daha yaxşılarını komandaya cəlb etməkdir.
-Roman Qriqorçukun Qəbələdəki gələcəy taleyinə aydılıq gəlib?
-Komandamız son oyunlarda uğursuz nəticələr göstərir. Lakin Roman Qriqorçukun komandadan gedişi müzakirə mövzusu deyil.Qriqorçukla yeni müqavilə imzalayacağıq. Artıq danışıqlarımız olub. Bildiyiniz kimi, baş məşqçimizlə müqaviləmiz bu mövsümün sonunda başa çatır. Sözləşməni daha bir illiyinə artıracağıq
- Komandadan kimlər ayrılacaq?
- George Floresku, Fakunda Pereyra, yerli futbolçulardan Vüqar Nadirovun gedəcəyi dəqiqdir. Baş məşçi ilə görüşəndən sonra daha kimlər gedəcək tam bilinəcək.
- Komandaya yeni transferlər olacaq? Və daha çox hansı mövqedə futbolçu trasfer etmək istəyirsiniz?
- Təbii ki, gedənlərin yerini dolduracağıq. Rahid Əmirquliyevlə maraqlanırıq. Cavid Hüseynovun da məlum cinayət işində təşkilatçılıq maddəsi üzərindən götürülüb. Bu o deməkdir ki, Cavidin həmin cinayətdə iştirakı yoxdur. Ümid edirik ki, hazırda hansı maddə ilə həpsdədirsə, o da üzərindən götürülər və futbolçumuz geri dönər.
- Rahid Əmirquliyevlə danışıqlar aparılır?
- Bu futbolçu xarakteri olan oyunçudur. İstəyirik ki, komandamızda olsun. Bizi cəlb edən xüsusiyyətlərindən biri meydanda döyüşkən olmasıdır.
- Amma etiraf edək ki, son zamanlar “Qəbələ”də həqiqətən də döyüşkən futbolçuya ehtiyyac var. Çünki komanda axır oyunlarda meydanda sanki sönük futbol oynayır.
- Komandamızda gərginlik var sadəcə. Hər itirilən xal futbolçulara psixoloji təsir edir. Çünki itrdiyimiz xallar bizi çempionluqdan ayırır. Razıyam son vaxtlar “Qəbələ”də emosiya hiss olunmur. Sanki bütün emosiyalarını Avroliqa oyunlarında qoyublar. Edə biləcəyimiz tək şey son oyunumuzu yola verib futbolçuları hər tərəfli növbəti dövrəyə hazırlamaqdır.
- Əvəzedici komandanız turnir cədvəlində ilk pillədəddir. Roman Qriqorçuk onların oyununu izləyir? Hansısa futbolçunu əsas komandaya cəlb etmək istəyirmi?
- Bəli, Qriqorçuk əvəzedici komandanın oyunlarını izləyir. Onlar arasından toplanışa aparacağı futbolçular da olacaq. Bizi sevindirən amillərdən biri də odur ki, bu gün akademiyamızın yetişdirdiyi futbolçulardan bəziləri Premyer Liqa klublarının əsas heyətində oynayır.
Mərdan Həsənov