Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışı başlayıb.
Newsport.az-ın məlumatına görə, biletlərin qiyməti 300-600 serb dinarınadır (2,5-5 avro).
Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin oyunları Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Azərbaycan yığması İtaliya və Çexiya ilə bir qrupda mübarizə aparacaq.