"Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyevin müsahibəsi:
-Premyer Liqanın XVII turunda evdə "Kəpəz”ə məğlub oldunuz. Qarşılaşma haqqında fikirləriniz necədir?
-Bilirsiniz ki, bizdə problemlər var. Futbolçu çatışmır. Heyətimizdə gənc oyunçular var. Hətta meydanda ilk dəfədir əsas komandada oynayan futbolçu var idi. Oyuna gəlincə, bilirdik ki, çətin olacaq. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik. Azarkeşlərimizi qələbə ilə sevindirmək fikrimiz var idi. İlk hissədə yaxşı oynadıq, ikinci hissədə isə oyunumuz alınmadı. Bunun nəticəsində də məğlub olduq.
-Lənkəranda "Xəzər Lənkəran” forması ilə son oyununa çıxdın. Nə hisslər keçirirsən?
-Evdəki son oyunu qələbə ilə başa vurmaq istəyirdim. Mən "Xəzər Lənkəran”dan belə gedəcəyimi təsəvvür etmirdim. Amma, qismət belə imiş. Futbol həyatı belədir. Həyat davam edir. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar həmişə bizi dəstəkləyiblkər.
-Təkliflər barədə: "Qəbələ”, "Qarabağ” və Xorvatiya "Riyeka”sı xidmətində maraqlıdır...
-Təkliflər var. Amma çempionatda fasilə başlanmasını gözləyirəm. Son oyunumuzu da keçirməliyik. Məhz bundan sonra yekun qərarı verəcəyəm.
-Xorvatiya variantı üstündü, yoxsa?
-Deməzdim ki, üstündü. Çox güman ki, ölkəmizdə qalacağam.
-"Riyeka” barədə milli komandamızın baş məşqçisi Rober Prosineçki ilə məsləhətləşmisən?
-Yox, bu barədə millimizin baş məşqçisi ilə danışmamışam. Ancaq, o variantı üstün saymıram. Çox güman ki, ölkəmizdə qalacağam.
Futbol11.az