Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilir.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
Öncə "Sumqayıt" "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək.
Günün digər oyununda isə son çempion və lider "Qarabağ" doğma meydanda əsas rəqiblərindən biri - "Qəbələ" ilə üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
18-ci tur
19 dekabr (şənbə)
15:30.”Sumqayıt” – “Rəvan” - 3:3
Qol: Amil Yunanov, 13 (1:0), Şerrif Suma, 27 (1:1), Amil Yunanov, 34 (2:1), Ruslan Tağızadə, 35 (2:2), Ramazan Abbasov, 75 (2:3), Mikayıl Rəhimov, 90+5 (3:3)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
Sumqayıt. “Kapital Bank Arena”.
18:00. “Qarabağ” - “Qəbələ” 1-1
Qollar: Ermin Zets, 4 (0:1), Əfran İsmayılov, 79 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.