"Rahid Əmirquliyevlə danışıqlar aparırıq"-Fariz Nəcəfov

Milli komandamızın futbolçusu Rahid Əmirquliyevin yaxın günlərdə "Xəzər Lənkəran”dan ayrılacağından xəbərdarsınız. Artıq Əmirquliyevə bir neçə klubdan təklif var.Bunlardan biri də "Qəbələ" klubudu.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bununla bağlı Newsport.az-a açıqlama verib.

Nəcəfov Rahidlə bağlı bunları deyib:“Gizlətmirəm, Rahid Əmirquliyev maraq dairəmizdədir. Onunla danışıqlar aparırıq.Baş məşqçimiz Rahidi komandasında görmək istəyir bizdə onun istəyin yerinə yetirmək üçün əlimizdən gələni edirik.Mənə elə gəlir yaxın günlərdə bu məsələyə aydınlıq gələcəy".

Klub rəsmisi klubdan gedəcəy futbolçularında kimliyinə aydınlıq gətirib."Baş məşqçimiz klubdan gedəcəy futbolçuların siyahısını bizə təqdim edib Floresku, Fakunde Pereyra və Vuqar Nadirov komandadan ayrılır. Onlardan başqa kimlərin gedəcəyi hələ məlum deyil”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right