AFFA "Qarabağ"ın futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, İK   Azərbaycan Premyer Liqasının 17-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XVII turunun “Rəvan” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” matçının 90+1-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Rydell Poepon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right