"Qarabağ"ın zədəli müdafiəçisi Ansi Aqollinin nə vaxt sıraya dönəcəyi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, o, məşqlərə yanvardan etibarən başlaya biləcək.
Qeyd edək ki, Aqolli Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Kəpəz"ə qarşı oyunda zədələnmişdi.