Şahin Diniyev: “Bunun alınmayacağından narahat idim”

Azərbaycan Premyer Liqasının XVII turunda "Xəzər Lənkəran” doğma meydanda "Kəpəz”i qəbul edib. Qarşılaşma "Kəpəz”in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev qarşılaşmanı belə şərh edib: 
 
"Bizim üçün vacib oyun idi. Artıq bir neçə oyundur qələbə qazana bilmirdik. Heyətdə problemlərimiz var idi. Ona görə də, eyni heyətlə oynayırıq. "Xəzər Lənkəran” da çox yaxşı futbol oynadı.  Çox qol vəziyyətlərindən istifadə edə bilmədik. Hesab böyük ola bilərdi. Ammabəravərlikdən də qaçmaq olmazdı. Futbolçularım tapşırıqları yerinə yetirməyə çalışdılar.  Taktiki sxemdə dəyişiklik etmişdim. Ən çox dəyişikliyin alınıb-alınmayacağından qorxurdum. Şükürlər olsun ki alındı. Qələbəyə layiq idik.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right